07 oktyabr 2021 17:23
1060

Soyuq havalarda rasionun ən vacib qidası

Soyuq mövsümdə qida rasionu dəyişməlidir, çünki insana daha çox güc və enerji lazımdır. Rusiyalı həkim Andrey Tyajelnikov “RİA Novosti”yə müsahibəsində belə deyib.

Soyuq havaların gəlməsi ilə bədəndə günəş işığı və istilik çatışmazlığı yaşanır ki, bu da enerji istehlakının artmasına səbəb olur. İmmunitet sisteminin virus və bakteriyalarla mübarizə aparması çətinləşir, yorğunluq halları artır. Buna görə qış yeməkləri daha qidalı və yüksək kalorili olmalıdır.

“Orqanizmə mövsümi dəyişikliklərin öhdəsindən gəlməyə kömək etmək üçün balanslaşdırılmış qida rasionuna nəzarət etmək vacibdir. Gündəlik menyu mütləq özündə yağ, karbohidrat, vitamin və minerallar ehtiva etməlidir. İlin soyuq dövründə rasionun 40 %-i ətdən ibarət olmalıdır. Ət enerji verməkdən əlavə, əzələ toxumasının itirilməsinin qarşısını alır, yoluxucu xəstəliklərə qarşı müdafiəni stimullaşdırır. Əti yalnız yumurta və balıq ilə əvəz etmək olar",-deyə həkim vurğulayıb.

Nubar Süleymanova, “İki sahil”