08 oktyabr 2021 10:59
1075

Balakəndə peyda olan ayı sakinləri qorxuya saldı

Balakən rayonunun mərkəzində peyda olan ayı yerli sakinləri qorxuya salıb.

“İki sahil” xəbər verir ki, yırtıcı günorta saatlarında rayonun mərkəzində görünüb.

Sakinlərdən biri, avtomobil yolunda qaçan 3-4 yaşlı qonur ayının videogörüntülərini mobil telefonunun yaddaşına köçürüb.

Onun sözlərinə görə, ayı təqribən 150-200 metr qaçdıqdan sonra gözdən itib.