Gününüz ağır, yorğun, monoton və ya gərgin keçə bilər. Lakin gün ərzində nə isə yeni bir məlumat, maraqlı bir fakt öyrənmisinizsə, deməli vaxtınız boş keçməyib. Bu yazıda çox az adamın bildiyi, ancaq həqiqətən də maraqlı olan məlumatlar təqdim edirik:
1. Bilirdinizmi ki, Niderland Kanadaya İkinci Dünya müharibəsi zamanı kral ailəsini qoruduğu üçün təşəkkür məqsədi ilə hər il 20 min zanbaq hədiyyə edir?

2. Ovitz ailəsi indiyədək qeydə alınmış ən böyük cırtdan ailədir (15 aylıq körpədən 58 yaşlı bir qadına qədər 12 nəfərdirlər)

3. 1993-cü ildə dünyaca məşhur repçi Tupak son arzusu kimi onu görmək istəyən ölməkdə olan bir uşağın valideynlərindən məktub aldı. Tupak Coşua ilə görüşmək üçün Merilendə uçdu. Uşağın ölümündən sonra Tupak “Ghetto Gospel Music” şirkətinin adını “Coşuanın arzuları” adına dəyişdi.

4. Hindistanda narıncı, tünd qırmızı və bənövşəyi çalarları olan çox rəngli kürklü bir nəhəng dələ növü var. Bədənləri başdan quyruğa qədər 92 santimetrdir - boz dələlərdən iki dəfə böyükdürlər və 6 metr hündürlüyədək tullana bilirlər.

5. Bilirdinizmi ki, siqaretlərdəki filtrlər, toksinləri süzdükləri xəyalını vermək üçün rənglərini dəyişdirəcək şəkildə dizayn edilmişdir. Əslində filtrlərin sağlamlıq baxımından heç bir faydası yoxdur.

6. Bilirdinizmi ki, tibdə “həftəsonu miqreni” anlayışı var. Bəzi insanlar stresin azalması səbəbindən "həftə sonları miqren" və ya həftə sonları "səssiz baş ağrısı" yaşayırlar.

7. Vampirlərin yarasalardan ilham aldığını bilirdinizmi? Qan soran yarasalar Latın Amerikasında XVI əsrə qədər mövcud olmayıb, ən erkən vampir hekayələri isə XII əsrdə Avropada yaranıb.

8. 2001-ci ildə dünyada iyirmi həkimdən ibarət komanda tərəfindən ən uzun əməliyyat aparılıb. Əməliyyat 103 saat davam etmişdi.

9. Ömrünün çox hissəsini dəniz buzunda keçirdikləri üçün qütb ayıları delfin, fok və balina kimi dəniz məməliləri sinfində təsnif edilir.

Nubar Süleymanova, “İki sahil”