16 may 2018 23:41
1072

Yanvar-aprel aylarında hasilat artıb

Qazaxıstanın neft hasilatı ötən illə müqayisədə cari ilin ilk dörd ayı ərzində 29,9 milyon ton artıb. Məlumatı ölkənin enerji naziri “Röyter” agentliyinə açıqlamasında bildirib.

“Chevron”, “ExxonMobil”, “Lukoil” şirkətlərinin birgə müəssisəsi olan “Tengizchevroil” şirkətinin və “KazmunayGaz” şirkətinin hasilat göstəriciləri eyni dövrdə yüksələrək 9,9 milyon tona çatıb.

“Eni”, “ExxonMobil”, “CNPC”, “Shell” “Total”, “İnpex” kimi iri şirkətlər tərəfindən işlənilən böyük “Kaşaqan” yatağında isə hasilat 71,8 % yüksələrək, 3,8 milyon ton təşkil edib.

“Shell” və “Eni” şirkətlərinin daxil olduğu konsorsium tərəfindən idarə olunan “Karaçaqanak” yatağında hasilat nisbətən düşərək, 4,2 milyon barel olub.