Oksford Universitetinin mütəxəssisləri Himalay göbələyi əsasında xərçəng əleyhinə təsir göstərən yeni güclü bir kimyaterapiya dərmanı hazırlayıblar.
Elm adamları xərçəng əleyhinə agentlər yaratmaq üçün Himalay göbələyi “Cordyceps sinensis” bitkisindən əldə edilən bir birləşmə istifadə ediblər. Bioloqlar neoplazmanın hüceyrələrə nüfuz etmə qabiliyyətini artıraraq bitkilərin xüsusiyyətlərini yaxşılaşdırmağa nail olublar. Bu, onkoloji xəstəliklərlə mübarizədə dərmanın effektivliyinin təsirini 40 dəfəyə qədər artırmağa imkan verir.
Dərman hal -hazırda möhkəm şişləri olan, xəstəliyin I fazasını keçirən xəstələrdə klinik sınaqlarda istifadə olunur. Ekspertlərin bu araşdırması “Clinical Cancer Research” jurnalında dərc olunub.
Nubar Süleymanova, “İki sahil”