14 oktyabr 2021 17:55
988

Alimlər ölüm riskini aşağı salan məhsulun adını açıqlayıblar

İran və Kanadadan olan alimlər qoz-fındıq, bitki yağları və tumlarında olan yağ turşularının müntəzəm istifadəsinin ölüm riskini azaldaraq, ömrü uzatdığını aşkar ediblər. Tədqiqatın nəticələri “BMJ” jurnalında dərc edilib.

Tədqiqatın müəllifləri 1991-2021-ci illər ərzində 40-dan artıq təhlil apararaq, omeqa-3 doymamış yağ turşuları sinfinə aid olan alfa-linolen turşusunun soya, qoz-fındıq və bitki yağlarının tərkibində olduğunu sübut ediblər. Onlar bildiriblər ki, bu məhsullar ürək-damar xəstəlikləri,ürəyin işemik xəstəliyi və digər müxtəlif səbəblərdən vaxtsız ölümün qarşısını 10,8-11 % alır.

Lakin müəlliflər omeqa-3 yağ turşularının sağlamlığa faydalı təsirinə baxmayaraq, müəyyən xərçəng inkişaf riski səbəbiylə onların qəbul miqdarı barədə ehtiyatlı olmağa çağırırlar.Onlar qeyd edirlər ki, bu riskin nə qədər yüksək olduğunu qiymətləndirmək üçün əlavə araşdırmalara ehtiyac var.

Nubar Süleymanova, “İki sahil”