14 oktyabr 2021 22:47
562

50 min dollar ver, göyə uç

ABŞ-ın World View şirkəti kosmosa turist səfərlərinin təşkilinə başlayıb.

“İki sahil” xəbər verir ki, turistlər 50 min dollar müqabilində 9 saata yaxın kosmosda ola biləcəklər.

Məlumata görə, onlar yerdən 30 km hündürlükdən yer kürəsini və kainatı seyr edəcəklər. Şirkətin prezidenti  Rayan Xartmanın dediyinə görə, göy üzünə uçuş  Keniya, Norveç, Braziliya, Monqolustan, Çin və Misirdən həyata keçiriləcək.