Yanvar-aprel aylarında Azərbaycanda 667,8 min ton dizel yanacağı, 414,4 min ton avtomobil benzini, 73,5 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 191,6 min ton ağ neft, 23,5 min ton yanacaq mazutu, 14 min ton sürtkü yağları, 85,1 min ton neft bitumu və 88,1 min ton neft koksu istehsal edilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 979,2 milyon manat olmaqla əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 0,3 faiz artıb.
Neft məhsullarından ağ neftin istehsalı 4,1 faiz, yanacaq mazutunun istehsalı 89,8 faiz azalıb. Avtomobil benzini, dizel yanacağı, sürtkü yağları, neft bitumun və neft koksunun istehsalı isə artıb.