16 may 2018 19:33
1084

BTC kəməri ilə 10,8 milyon ton neft göndərilib

2018-ci ilin ilk dörd ayında Azərbaycandakı magistral neft kəmərləri ilə 13 milyon 349,8 min ton neft nəql olunub. Nəqletmənin 81,4 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib. Yanvar-aprel ayları ərzində bu kəmər vasitəsilə 10 milyon 861,6 min ton neft ötürülüb. Dörd ayda BTC ilə 2 milyon 9 min ton tranzit neft də nəql edilib.

Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.