18 oktyabr 2021 10:13
577

Azərbaycan millisinin futbolçusu Türkiyədə klubunu dəyişib

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Sona Rəhimova Türkiyədəki çıxışını davam etdirəcək.

“İki sahil” xəbər verir ki, 20 yaşlı oyunçu qardaş ölkədə komandasını dəyişib.

O, “Yukatel Kayserispor”dan “Kayseri Gənclərbirliyi” klubuna keçib. Kayseri təmsilçisi yeni mövsüm öncəsi yarımmüdafiəçinin keçidini rəsmi saytı vasitəsilə açıqlayıb. Rəhimova artıq yeni komandası ilə birlikdə məşqlərə başlayıb.

Qeyd edək ki, Sona Rəhimova millimizin dünya çempionatının seçmə mərhələsində oktyabrın 21-də Monteneqro və 26-da Malta ilə keçiriləcək oyunlarına çağırılıb.