"Barselona"nın hücumçusu Serxio Aquero Kataloniya klubunda rəsmi matçlarda debüt edib.
“İki sahil” xəbər verir ki, argentinalı hücumçu La Liqanın 9-cu turunda "Valensiya" ilə matçda (3:1) iştirak edib. O, 87-ci dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, Aquero bu mövsümün əvvəlində azad agent olaraq Kataloniya klubuna keçib. 33 yaşlı oyunçu zədə səbəbindən rəsmi görüşlərdə oynamırdı.
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var
Cüdoçularımız veteranlar arasında dünya çempionatında daha üç medal qazanıblar