19 oktyabr 2021 15:04
398

Nazir direktoru işdən çıxardı

Qax Dövlət Kukla Teatrının direktoru Nazim Mahmudov işdən çıxarılıb.

“İki sahil” xəbər verir ki,  Mədəniyyət Nazirliyindən faktı təsdiqləyiblər. 

Bildirilib ki, N.Mahmudovun fəaliyyəti barədə nazirlik tərəfindən müvafiq araşdırma aparılıb və barəsində tədbir görülüb: "Öz vəzifə səlahiyyətlərindən, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə əməli törətməsi, hüquq pozuntuları nəticəsində mərkəzi icra hakimiyyəti orqanının nüfuzuna xələl gətirən əməllərə yol verməsi səbəbindən Qax Dövlət Kukla Teatrının direktoru Nazim Davud oğlu Mahmudovun əmək müqaviləsinə Əmək Məcəlləsinin müvafiq bəndlərinə əsasən xitam verilib”.