20 oktyabr 2021 16:57
937

Beynimizin işinə mənfi təsir göstərən adətlərimiz

Yetərli qədər yatmamaq

Bu mənfi adət insanın koqnitiv bacarıqlarının zəifləməsinə gətirib çıxarır. Tədqiqatlar zamanı az yatamaqla demensiya arasında da əlaqə tapılıb. Yaş artıqca yuxu rejiminə daha çox riayət etmək lazımdır.

 Yalnızlıq

 Sosial izolyasiya yaddaş və öyrənməyə mənfi təsir göstərir. İnsanlar üçün ünsiyyət çox önəmlidir. Beyinin tam şəkildə öz funksiyasını yerinə yetirməsinə ünsiyyətin müsbət təsirləri vardır.

Fast-fuddan müntəzəm istifadə

Yağ və karbohidratlarla yüklənmiş yeməklər baş beyinin sağlamlığına pis təsir göstərir. Yüksək kalorili qidalanma beyinin bacarıqlarını zəiflədir. Ekspertlər tutumlu və düzgün qidalanmanın aydın yaddaşın qorunması üçün xüsusi əhəmiyyətini vurğulayıblar.  

Siqaret çəkmək

Tütündən mütəmadi istifadə baş beyində atrofiyaya gətirib çıxarır, beyinin müxtəlif hissələrində struktur dəyişikliklərə səbəb ola bilər. Siqaret çəkən insanlar Alçqeymer xəstəliyi ilə tez-tez üzləşirlər, onlarda yaddaş və koqnitiv bacarıqlar getdikcə zifləyir.

Artıq yemək

Çox yemək beynin yeni əlaqələr qura bilməməsinə səbəb olur. Həm də bu proses damar xəstəliklərinin və demensiyanın inkişafı ilə nəticələnə bilər.

Günəş şüaları altında az olmaq və fiziki fəaliyyətin olmaması zehni, idrak proseslərinə və ümumi beyin sağlamlığına mənfi təsir göstərə  bilər. Mütəxəssislər həm zehni, həm də fiziki sağlamlığı qorumaq üçün açıq havada vaxt keçirməyi və idman etməyi məsləhət görürlər.

Nubar Süleymanova, “İki sahil”