İlk dəfə kosmosda lentə alınan "Вызов" (Çağırış) filminin aktrisası Yuliya Peresild və rejissoru Klim Şipenko təəssüratlarını bölüşüb.
“İki sahil” xəbər verir ki, 12 gün davam edən çəkilişlərin ardından 40 saatdan çox material əldə edilib.
Yuliya stansiyaya çatdıqları anda yatmaq istədiyini, lakin astronavtların tövsiyələrinə riayət etməyə çalışsa da, özü ilə bacarmadığını etiraf edib. O, kosmosda bir saatın Yerdəki iki saata bərabər olduğu nəzəriyyəsinin əslində bir mif olmadığını qeyd edib. Aktrisanın sözlərinə görə, o, sonrakı günlərdə cəmi dörd saat yaxşı yatıb.
Yuliya çəkisizlik şəraitində şəxsi və film üçün lazım olan əşyaların əlində tutmaq və ya iki tərəfli yapışqan lentə yapışdırmaq vərdişindən hələ də qurtula bilmədiyi deyib: "Hələ də hər şeyi əlimdə saxlamağa çalışıram. Bir şeyi əlimdən buraxdığım anda uçub gedəcəyi hissi məni tərk etmir. Kabinəmdə tam təchizatlı tibbi cihaz vardı. Hər şey yapışdırılmışdı: dodaq boyası, tibbi ləvazimatlar (red. - Yuliya filmdə həkim obrazını canlandırır). O qədər kiçikdirlər ki, tez də uçurlar".
Yuliya və Klim 12 günün onlara kifayət etmədiyini, bu səbəbdən kosmosda zövq almağa, pəncərədən kainata baxmağa vaxtları olmadığını açıqlayıblar. Onlar yeməklərin konservləşdirilmiş olması səbəbindən dadlarını təzə qidalarla müqayisə edə bilməyəcəklərini vurğulayıblar.
Aktrisa uçuşdan sonra əlində olan imkanların dəyərini daha yaxşı anladığını vurğulayıb: "Bu gün başımıza gələn hər şeyi anlamağa başladığım ilk gündür: yaxşı-pis, payız, günəş... Və dərindən nəfəs almaq. Ayaqlarım yerdə dayanıram. Sadə şeyləri edərkən heç vaxt bu qədər sevincli olmamışdım".