21 oktyabr 2021 17:16
1116

Sümüklərin sağlamlığı üçün vacib olan iki məhsul

Həkim-dietoloq, tibb elmləri doktoru Mixail Qinzburq osteoporozun yaranması riskini aşağı salan bəzi məhsulların adlarını açıqlayıb.

Mütəxəssisə görə, bu xəstəlik insanda sümük sıxlığının azalması ilə xarakterizə olunur. Həkim profilaktik tədbir olaraq süd, göyərti və qaynadılmış balıq konservləri kimi kalsium ehtiva edən qidaları daha çox istehlak etməyi məsləhət görüb.

“Orqanizmdə D vitaminin defisitini təmin etmək üçün skumbriya və ya digər dəniz balıqlarını istifadə etmək, süd məhsulları və yumurta sarısından istifadəni artırmaq məsləhətdir”,-deyə həkim bildirib.

O, qeyd edib ki, həftədə ən azı 3-4 dəfə balıq yeməkləri rasiona daxil edilməlidir.

Nubar Süleymanova, “İki sahil”