22 oktyabr 2021 18:00
1410

Qaraciyər üçün möcüzə eliksir

Üç inqredientdən ibarət içki payız mövsümündə immunitet sistemini dəstəkləməyə kömək edir. Bu barədə həkim-dietoloq Anjelika Dyuval məlumat verib.

İlk növbədə mütəxəssis çaytikanının faydasından danışıb. O bildirib ki, çaytikanı meyvələrini yaxşı mənimsənilməsi üçün səhərlər yemək lazımdır. İkinci məhsul avokadodur. Avokado orqanizmin müdafiə sisteminin güclənməsinə çox yaxşı təsir edir, həmçinin, özündə faydalı yağları, mineralları birləşdirir. Dyuval möcüzə eliksirin tərkibini də açıqlayıb.

“Qaraciyərimizin daim dəstəyə və qayğıya ehtiyacı var. Bu həyati vacib orqan üçün ən faydalı məhsullar narıncı rəngdə olanlardır. Tərəvəzlərdən balqabaq, giləmeyvələrdən isə çaytikanını qatmaqla qaraciyərin sağlamlığı üçün çox faydalı smuzi hazırlamaq olar.

Bu iki məhsulu bir smuzidə birləşdirsək, ona bişmiş alma mətini əlavə etsək, qaraciyər sağlamlığı üçün bir eliksir əldə edirik. Eliksir ona vaxtında özünü təmizləməyə, bədənin qoruyucu funksiyalarını gücləndirməyə, immunitet funksiyasını artırmağa kömək edəcək "deyə dietoloq fikrini yekunlaşdırıb.

Nubar Süleymanova, “İki sahil”