24 oktyabr 2021 18:37
775

İrana 6 milyon doza “Sinofarm” peyvəndi gətirilib

İranın Qırmızı Aypara Cəmiyyəti ölkəyə 6 milyon doza “Sinofarm” peyvəndi gətirib.

“İki sahil” xəbər verir ki, cəmiyyətin nümayəndələri yükü hava limanında qarşılayaraq birbaşa Səhiyyə Nazirliyinə təhvil veriblər. İranda bu günə kimi 76 milyon insana peyvənd vurulub və proses davam edir.

İranın Səhiyyə Nazirliyinin açıqlamasına əsasən isə son 24 saat ərzində ölkə ərazisində 9 min 174 nəfər koronavirusa yoluxub, 171 nəfər isə yoluxaraq ölüb. Bununla da İranda virusa yoluxanların ümumi sayı 5 milyon 860 min 844 nəfərə, yoluxaraq ölənlərin ümumi sayı isə 125 min 223 nəfərə çatıb.

Ölkə üzrə müxtəlif xəstəxanalarda müalicə alan 4 min 294 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda 5 milyon 416 min 691 xəstə sağalaraq evə buraxılıb.

İranda koronavirusun yayılması və ölüm hallarında azalma davam edir.