25 oktyabr 2021 16:01
792

Maykl Cordanın butsu rekord məbləğə satılıb

Əfsanəvi sabiq basketbolçu Maykl Cordanın butsları hərraca çıxarılıb.

“İki sahil” xəbər verir ki, idman ayaqqabıları üçün 1,472 milyon ABŞ dolları ödənilib.

Nike butsları ABŞ-ın Las-Veqas şəhərindəki "Sotheby" auksionunda satılıb. Bu məbləğ Cordanın ayaqqabıları üçün rekord hesab edilir.

Daha əvvəl 6 qat NBA çempionunun butsu 615 min ABŞ dollarına alınıb.

Qeyd edək ki, Maykl Cordan 1,472 milyona satılan butslarla 1984-cü ildə NBA-da debüt mövsümünün beşinci oyununda meydanda olub.