25 oktyabr 2021 23:26
942

Paraşütçülər göydə bir-birinə çırpıldı - VİDEO

Türkiyənin Fethiye vilayətində keçirilən 21-ci Beynəlxalq Ölü dəniz Hava Oyunları Festivalında Yarasa uçuşu edən iki nəfərlə bir paraşütçü havada toqquşublar.

“İki sahil” xəbər verir ki, hadisə zamanı 3 paraşütçü yaralanıb. Onlar 20 metr yüksəklikdən dənizə düşüblər. Xəstəxanaya çatdırılan şəxslərin həyati təhlükələri olmadığı bildirilir.

Vətəndaşların hadisə anını çəkdikləri videogörüntünü təqdim edirik: