Artıq insanlar okeanın dərinlikləri və kosmosun sirlərini öyrənməyə başlayıblar. Ancaq hələ də ən sirli obyektlərdən biri insanın orqanizmi olaraq qalır. Aşağıda insan bədəninin unikallığı ilə bağlı çox maraqlı məlumatlarla tanış ola bilərsiniz:
İnsanların 25 %-i birbaşa günəş şüaları altında asqırırlar. Bu işıq refleksli asqırma adlanır.
İnsanların 12 %-də tetraxromatiya var, bu daha çox rəng görmək bacarığıdır. Onlar normal görməyə malik digər insanlardan 10 % daha artıq rəng seçə bilirlər.
İnsanların cəmi 2%-i təbiətcə qırmızı saçlıdır. Belə saç rəngində uşaq sahibi olmaq üçün hər iki valideyndə bu gen olmalıdır və qırmızı saçlılar əhalinin kiçik bir hissəsini təşkil etsə də, bir araşdırmada reklamların 30%-nin qırmızı saçlı insanları təsvir etdiyi məlum olub.
İnsanların 1 %-dən də azında sinesteziya var, onlar rəngləri eşidə, səsləri görə bilir.
İnsanların 5% -nin kəhrəba gözləri var - qızılı və ya mis qızılı, yaşıl və ya qəhvəyi Kəhrəba gözləri əsasən itlər, quşlar və balıqlarda olur.
10 % insanda “Morton” barmağı adlanan hal mövcuddur. Bu, ayaqda baş barmağın digər barmaqlardan daha kiçik ölçüdə olmasıdır. ABŞ-dakı Azadlıq heykəlində də Morton barmağı var.
İnsanların yalnız 33%-i düzgün texnika ilə fit çala bilir.
İnsanların 1 %-i hər iki əlindən eyni dərəcədə istifadə edə bilir, sağ və ya sol əlin onlar üçün fərqi yoxdur.
İnsanların 1%-nin digərlərindən daha az yuxuya ehtiyacı var. Onlar yuxu dövrünü adi insandan daha sürətli keçirir.
35% insanlarda ağıl dişi yoxdur.
Nubar Süleymanova, “İki sahil”