26 oktyabr 2021 21:24
1072

Bu ilin ən çox gəlir gətirən filmi açıqlanıb - VİDEO

Çinin "The Battle of Lake Changjin" ("Çosin su anbarı yaxınlığında döyüş") döyüş dramı bu il dünyada ən çox gəlir gətirən filmi olub.

“İki sahil” xəbər verir ki, sentyabrın sonunda ekranlara çıxan blokbaster kassada heyrətamiz miqdarda - 828,1 milyon dollar qazanıb.

Filmin bu uğuru əsasən Çində yayılması sayəsində olub. Bununla belə, heç bir Hollivud filmi gəlirlərinə görə onu keçməyib.

Rejsorlarının Çen Kayqe, Tsuy Hark və Dante Lam olan film 1950-ci ildə Koreya müharibəsi əsnasında gerçək bir döyüşdən bəhs edir.

Qeyd edək ki, pandemiya başlayandan bəri ən gəlirli ABŞ filmi, yaz aylarında çıxan "Fast & Furious 9" ("Forsaj-9") filmidir. Film ABŞ-da və dünyada 716 milyon dollar gəlir qazanıb.