28 oktyabr 2021 17:30
841

Rusiyadan türk şirkətinə qadağa

Rusiya Türkiyənin şirkətlərindən birindən narıngi alışını dayandırıb. Buna səbəb şirkətin məhsullarında pestisidin konsentrasiyasının sitrus meyvələrində icazə verilən maksimum həddi keçməsi olub. Bu isə qaydalara ziddir.

“İki sahil” xəbər verir ki, məlumatı “Rospotrebnadzor”un mətbuat xidməti paylaşıb.“Qərar Türkiyədən Rusiyaya bütün naringilərin ixracına şamil edilmir. Yalnız bir şirkətin məhsullarında nəsə tapılıb. Vəziyyət düzələnə qədər çatdırılmalar dayandırılır”, - deyə Türkiyə tərəfi bildirib.