29 oktyabr 2021 16:54
1673

Limonun bitib-tükənməyən faydaları

Bu meyvənin ən üstün cəhəti  isə onun antibakterial və immunitet artırıcı gücə malik olmasıdır.

İmmun sistemini stimullaşdırır

Limon beyin və sinir funksiyalarını stimullaşdıran C vitamini və kaliumla zəngindir. Həmçinin qan təzyiqini tənzimləyir. Vitamin C astma və digər tənəffüs problemlərinə kömək edir. Müntəzəm olaraq limon şirəsi içmək bədəndəki turşuluğun qarşısını almağa və oynaqlardakı sidik turşusuna kömək edir. Limon şirəsi soyuqdan və qripdən uzaq durmağa kömək edən antibakterial xüsusiyyətlərə malikdir.

Həzmi gücləndirir

Limon suyu bədəndəki toksinləri təmizləyir. Limonun tərkibində həzm sistemindəki toksinləri məhv etmək üçün çoxlu vitamin və minerallar var. O, mədəni yanmadan və köpmədən azad edir. Həkimlər xərçəng xəstələrində nəcis ifrazatını yaxşılaşdırmaq üçün limon şirəsini məsləhət görürlər.

Dərinin sağlamlığıni qoruyur

Limon  dəri qırışlarını və ləkələri azaltmağa kömək edən C vitamini və antioksidləşdiricilərə malikdir. Bu da sağlam dəri üçün çox vacibdir.

Limonun tərkibində sızanaqların yaranmasına səbəb olan bakteriyaları öldürməyə kömək edən qələvilər var. Limonu çapıqlar və ləkələrin yaranmasının qarşısını almaq üçün də istifadə etmək olar.

Əhval–ruhiyyəni artırır

Limonun  tərkibində həzm sisteminə kömək edən mənfi yüklü ionlar var ki, bu da insanlara enerji verir.Alimlərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, limon şirəsinin qoxusu insanın əhval-ruhiyyəsini yüksəldir, narahatlığı və depressiyanı azaldır.

Sümüklərin və oynaqların güclənməsinə  edir

Limon, həmçinin yaraların tez sağalmasına kömək edir. Sümüklərin və oynaqların güclənməsinə kömək edən qida maddələrinə malikdir. O, iltihabı və diş ağrısını azaldır.

Çəkinin itirilməsinə yardım olur

Limonun tərkibində aclığa qarşı pektin lifləri var. Bəzi tədqiqatçılar araşdırmışdır ki, limonun tərkibində arıqlamağa kömək edən qələvi pəhrizi var. Günə ilıq limon şirəsi ilə başlayın. Bu, pəhriz üçün çox faydalıdır və tez arıqlamağa kömək edir.

Limfa sistemini su ilə təmin edir

İlıq limon suyu bədənin itirdiyi mayeləri ona geri qazandıraraq immunitetin güclənməsinə  kömək olur. Bədən susuz qaldığında yorğunluq və ya immun sisteminin güçsüzləşməsi, qəbizlik, enerjisizlik, yüksək və ya aşağı təzyiq, yuxusuzluq, zehin qarışıqlığı kimi problemlər ortaya çıxa bilər.

Nəfəsi təzələyir

Limon, nanə və qatıq ağız qoxusunu aradan qaldırmaq üçün çox xeyirli vasitədir.

Limon ağız qoxusunu aradan qaldırmaqla yanaşı diş ağrıları və diş əti iltihabına da yaxşı təsir edir. Unutmayın ki, limon turşusu diş minasını aşındıra dabilir. Buna görə dişi ya limonlu su içmədən əvvəl fırçalamaq lazımdır, ya da limonlu su içdikdən sonra bir müddət gözlənilməlidir. Limonlu su içdikdən sonra ağızı təmiz su ilə yaxalamaq yaxşı olardı.

Samirə Tağıyeva, “İki sahil”