29 oktyabr 2021 17:24
1309

Yuxunuz şirin olsun deyə…

Gecə qəlyanaltı etmədən əvvəl iki dəfə düşünün, çünki bəzən qidalar yuxu rejimini pozaraq, kabuslara səbəb ola bilər. Bunun qarşısını almaq üçün nələrə diqqət etməliyik?

Acılı souslar

1992-ci ildə Avstraliyadakı  Tasmaniya Universitetində aparılan bir araşdırma nəticəsində məlum olub ki, yatmazdan öncə  acılı  souslardan istifadə edən insanların  yuxuya getmələri pisləşir  və onlar  kabuslardan əziyyət çəkirlər. Alimlər bunu həmin  qidaların bədənin hərarətini dəyişdirə biləcəyi və bunun da xəyalların formalaşmasına təsir göstərməsi ilə izah edirlər.

Karbohidratlar

Kanadanın  Montreal və Edmont universitetlərində çalışan  alimlərin apardıqları  araşdırmada iştirak edən insanların  31  % -i gecə şirniyyat yedikdən sonra kabuslar və qəribə yuxular gördüklərini təsdiqləyiblər. Alimlərin sözlərinə görə,  bunun əsas səbəbi  şəkərdir. Buna görə də alimlər  yatmadan 5-6 saat əvvəl şirniyyat yeməməyi məsləhət görürlər.

Kolumbiya Universitetinin nəzdində fəaliyyət göstərən kollecin həkim və cərrahlarının apardıqları təhqiqat nəticəsində məlum olub ki, təmizlənmiş (qənd halına salınmış) karbohidratlar yuxusuzluğa səbəb ola bilər.

"Nation News" məlumat verir ki, təhqiqat çərçivəsində mütəxəssislər postmenopauza dövründə olan 50 mindən çox qadının qida rasionunu araşdırıblar. Elmi araşdırmaların nəticələrinə əsasən, şəkər, ağ çörək və düyü qanda şəkərin səviyyəsini artırır və bu hal insanda yuxusuzluq yaradır.

Alimlər izah edirlər ki, qanda şəkərin miqdarını aşağı düşəndə  orqanizm insulin ixrac edir və nəticədə orqanizmin adrenalin və kortizolu kənara atmasına gətirir. Bu da öz növbəsində, yuxu pozğunluğuna səbəb olur.

Qəhvə

Çalışın qəhvə içməyin və ya onu daha az için. Çünki  kofein orqanizmdə 12-24 saat ərzində qalır. Yadda saxlayın ki, qəhvə ilə yanaşı, şokolad, kola və çayın da tərkibində kofein var. Əgər siz yuxusuzluğunuzun səbəbini kofeində görürsünüzsə, tərkibində bu maddənin olduğu məhsullardan yatmazdan ən azı 12 saat əvvəl istifadə edin.

Çipsi və digər yağlı qəlyanaltılar

Kolumbiya Universitetinin və Nyu-Yorkun Düzgün Bəslənmə Mərkəzinin alimləri çipsi və yağla zəngin olan bu tipli  digər qidaların yuxu pozğunluğuna və ya kabuslara səbəb ola biləcəyini aşkar ediblər. Onların sözlərinə görə, bu qida növlərində  monosodyum glutamat maddəsi mövcuddur.

Yaxşı olar ki, axşam yeməyiniz  təzə tərəvəz və ya  yağsız ətdən ibarət olsun.

Qazlı içkilər

Limonad, xüsusilə də tərkibində  şəkər və kofein olan içkilər  yuxunuz  üçün zərərlidir

Spirtli içkilər

Axşamlar alkoqol qəbul etməyin. Alkoqolun orqanizmə qısamüddətli sakitləşdirici təsir etməsinə və spirtli içkidən sonra insanın daha tez yuxuya getməsinə baxmayaraq, alkoqol dərin yuxu fazasına da təsir edir. Siz spirtli içkinin təsiri qurtarandan sonra dərhal ayılacaqsınız.

Samirə Tağıyeva, "İki sahil"