31 oktyabr 2021 13:59
914

İllik 7 milyon avro qazanan futbolçunun sürdüyü maşın...

İtaliya "İnter"inin futbolçusu Arturo Vidal komandasının məşqinə 1990-cı illərə aid avtomobillə gedir.

“İki sahil” xəbər verir ki, çilili yarımmüdafiəçi bununla bağlı sosial şəbəkə hesabında video paylaşıb.

Milan təmsilçisində illik 7 milyon avro qazanan 34 yaşlı oyunçunun maşının dəyəri təqribən 2 min avrodur. Ona görə də Vidalın bu addımı maraqla qarşılanıb.

Qeyd edək ki, futbolçu dəyəri 250 min avro və 400 min avro olan iki avtomobilə də sahibdir.