Çimərlikdə gün keçirməyi çox insan xoşlayır. Ətrafda yumşaq qum, təmiz hava və duzlu su çimərliyi istirahət üçün əsl ideal məkana çevirir. Bəs qeyri-adi çimərliklər barədə nə eşitmisiniz?
Hidden-Biç (Gizli Çimərlik) –Meksika
Bu Meksika çimərliyi olduqca təlatümlü bir tarixə malikdir. Çimərlik keçmiş hərbi poliqonun yerində yerləşir. Deyilənə görə, çimərlik bomba partlayışı nəticəsində yaranıb. Ora yalnız su tunelindən keçmək olar.
Hot Voter çimərliyi –Yeni Zelandiya
Bəzən çimərliyə getdikdə su çimmək üçün soyuq olur, lakin bu, Yeni Zelandiyadakı “Hot Water Beach” üçün problem deyil. Orada qum da qaynar termal suların təsirindən daim isti olur.
Nəhənglər yolu-İrlandiya
Bu çimərlik Ayın səthini xatırladır. O, nəhəng pazlın parçaları kimi görünən 40 min altıbucaqlı qara bazalt birləşməsindən ibarətdir. Çimərlik mistik bir yerə bənzəyir, buna görə də çox sayda mif və xalq nağıllarına ilham verməsi təəccüblü deyil. Məsələn, bir mifdə deyir ki, altıbucaqlılar nəhənglərin ayaq izləridir. (Ehtimal ki, çimərliyin qəribə mənzərəsi əslində vulkanlar tərəfindən yaradılmışdır)
Koekohe çimərliyi-Yeni Zelandiya
Koekohe çimərliyi əjdaha yumurtalarına bənzəyən daşlarla doludur. Yeni Zelandiyanın Cənub adasında yerləşən çimərlikdə yetmişə yaxın nəhəng Moeraki daşları var. Onlar dəniz palçığı və kalsit kristallarından okean suları ilə əmələ gəlmişdir.
Papakolea-Havay
Havay adalarındakı Papakolea çimərliyi öz unikal geoloji xüsusiyyətləri ilə seçilir. Bundan əlavə, açıq yaşıl qumu ilə göz oxşayır. Dünyanın dörd yaşıl rəngli çimərliyindən biri olan Papakolea vulkanın sahil kraterindən yuyulub eroziyaya uğrayan bir mineral olan olivin sayəsində belə rənglidir. Çimərliyə çatmaq üçün doqquz kilometrlik yolu piyada getmək lazımdır, lakin mənzərələrə görə buna dəyər.
Nubar Süleymanova, “İki sahil”