02 noyabr 2021 17:53
1151

Təsadüf nəticəsində icad olunan içkilər - FOTO

“Coca-cola”     

 Bu içki 1886-cı ildə Corciya ştatının Kolumbus şəhərinin sakini  farmaseft Con Stis Pemberton tərəfindən ixtira edilmişdir. Əslində,o, bu içkini  dərman vasitəsi kimi yaratmışdı. İş burasındadır ki, ABŞ-da XIX əsrdə bir çoxları morfiyə aludə olmuşdular və “Cola”nın köməyi ilə bu asılılıqla mübarizə aparırdılar. İlk “Cola” nın tərkibində  alkoqol var idi. Əslində bu, koka yarpaqları ilə şərabın qarışığı əsasında hazırlanan içki idi. Lakin sonra bir neçə müddətdən sonra  içkinin resepti dəyişdirilir və koka yarpaqlarına yandırılmış şəkərdən şərbət əlavə edirlər.

“Cola”nın qazlaşdırılması isə maraqlı hadisə ilə bağlıdır.  Bir səhv nəticəsində Pembertonun köməkçisi  preparatı qazlı su ilə qarışdırır və dünyada ilk "Coka-cola" içkisi yaranır. Bir neçə müddətdən sonra  Pemberton içkinin istehsal hüququnu "The Coca-Cola Company" şirkətinə satır. Yeni bir  dad alıcıların xoşuna gəlir.Şirkət uzun illər bu sirli reseptlə milyonlar qazanır.

Pivə

Smitson İnstitutunun məlumatına görə, Şumerlər tərəfindən icad edilən pivənin  yaranma  tarixi  təxminən eramırdan əvvəl VI əsrə gedib çıxır. Qəti əmin olmasalar da alimlər belə  hesab edirlər ki, pivə çörək hazırlandığı zaman təsadüfən ixtira olunub. İçkilərin tarixini araşdıran yazıçı Xorst Dornbuş  qeyd edib ki,  bu regionun sakinləri daha çox açıq havada çörək hazırlamaqla məşğul olublar və çörəklər yağış yağanda islanıb parçalanırdı. Bunun qarşısını ala bilməyən sakinlər yaş xəmirin bir müddət qaldıqdan sonra fermentləşmiş mayeyə çevrildiyini görürlər.

Şampan

Bir çoxları şampanın yaranmasını rahib Pyer Perinonun adi ilə bağlasalar da, hərçənd bunun da təsdiqi  yoxdur.  Rəvayətlərə görə,rahib monastrlardan birində şərab hazırlanması işlərinə nəzarət edirdi. Bir gün şərab şüşəsində qabarcıqların olduğunu görür və onları yox etmək istəsə də bu alınmır. Daha da qabaran içkidən heyrətə gələn rahib dostlarına səslənir: “Qardaşlar gəlin mənim yanıma, birlikdə ulduzları içək!”

Limonad

Adi limonadın yaranma tarixi  təxminən 17-ci əsrə gedib çıxır və adı avropalı mühacirlərin adi ilə bağlıdır. Çəhrayı limonadın isə daha maraqlı yaranma  tarixi var.  Sen demə, çəhrayı limonad tamamilə təsadüf nəticəsində yaranıb. Smits İnstitututunun yaydığı  məlumatına əsasən çəhrayı limonad  Henri E. Ellott tərəfindən icad olunub. Sirkdə işləyən Henrinin kokteylinin içinə təsadüf nəticəsində qırmızı konfet düşüb.İçdiyi bu kokteyl onun o qədər xoşuna gəlib ki,buna əsaslanaraq Henri yeni limonad növü icad edib.

Samirə Tağıyeva, “İki sahil”