04 noyabr 2021 00:36
1104

“WhatsApp”da YENİLİK

“WhatsApp” messenceri çatda mesajın silinməsi funksiyasında dəyişikliklər edəcək. Belə ki, artıq mesajın silinmə müddəti iki aya qədər uzadılacaq.

“İki sahil” xəbər verir ki, hazırda bu funksiya ancaq bir saat müddəti üçün keçərlidir. Hələlik, funksiya “Android” və “iOS”-un beta testçiləri üçün əlçatandır. Seçim daha sonra “WhatsApp”ın ictimai versiyasında istifadəyə veriləcək.