05 noyabr 2021 17:33
980

Son illərin ən güclü maqnit qasırğası

Yer kürəsində son bir neçə ilin ən böyük maqnit qasırğalarından biri qəfildən başlayıb, maqnit sahəsinin qeyri-sabitliyi ən azı iki-üç gün davam edəcək. Rusiya Fizika İnstitutunun Günəşin rentgen astronomiyası laboratoriyası bu barədə məlumat yayıb.

Son günlər geomaqnit aktivlik indeksi 7-ci səviyyəyə qədər (maksimum dəyər 9) yüksəlib. Bu, 5 ballıq şkala üzrə üçüncü səviyyəli maqnit qasırğası deməkdir”, - məlumatda deyilir.

Alimlər dəqiqləşdiriblər ki, proqnoza görə, Yerin maqnit sahəsinin qeyri-sabitliyi ən azı iki-üç gün davam edəcək.

Nubar Süleymanova, “İki sahil”