10 noyabr 2021 17:15
910

Artıq bu kriptovalyutalarla biznesə başlamaq mümkündür - FOTO

İnternetdə investisiya ilə maraqlanırsınız? Kriptovalyutalara sərmayə yatırmaq hazırda xüsusilə populyardır, ona görə də onlardan ən məşhurları haqqında sizə məlumat verəcəyik:

Bitkoyn

Kriptovalyutaya sərmayə qoymaqla maraqlanan insanların çoxu üçün bəlkə də ilk və ən populyar seçim “Bitcoin”dir. Bitkoyn 2009-cu ildə bazara çıxan ilk kriptovalyuta olub. Bu gün onun populyarlığı kəskin şəkildə artır və dəyəri sürətlə dəyişir. Bəs doğurdan da almağa dəyərmi?
Bitkoyn hələ də 21 milyon “BTC” limitinə çatmayıb. Son illərdə onun aktiv artımı qorunub saxlanılmışdır. Bundan əlavə, Bitkoynun ən populyar kriptovalyuta hesab edilməsi o deməkdir ki, uğurun davamlı olması ümidi ilə onun inkişafı üçün çoxlu səy sərf olunur və bu, müvəqqəti deyil.

 Əgər ilk dəfə kriptovalyuta almağa qərar verirsinizsə, Bitkoyn ilk addımlarınız üçün əla başlanğıcdır. Onun haqqında internetdə məlumat da çoxdur, bu isə kriptovalyuta bazarındakı bütün dəyişiklikləri asanlıqla izləmək imkanı verir.

Etereum

Etereum da demək olar ki, bitkoyn qədər məşhurdur. Bitkoyn rəqəmsal valyuta kimi yaradılmışdırsa, Etereum təkcə rəqəmsal valyuta kimi deyil, daha çox şey üçün yaradılmışdır.

Bitkoyna bazar tələbatı Etereumdan daha yüksəkdir. Ancaq unutmayın ki, Etereum həqiqətən də ikinci ən populyar kriptovalyutadır. Etereum Bitkoyn qədər sürətlə böyüməsə də, çox sayda tətbiq yaradıcıları üçün Etereum koduna etibar etməyə davam etdikcə bu, gələcəkdə dəyişə bilər.

Litekoyn

Litekoyn ən böyük kriptovalyutalardan biridir. Litekoyn ən sürətli, lakin təhlükəsiz onlayn əməliyyatları həyata keçirmək üçün Bitkoynun təkmilləşdirilmiş versiyası olaraq yaradılmışdır.

Bazar tələbinə gəldikdə o, ardıcıl olaraq bazarda kriptovalyutaların ön sıralarında durmağı bacarır və böyüməyə davam edir. Bəzi ekspertlər onun qısa bir zamanda Bitkoynu ötüb keçə biləcəyini düşünürlər.

Nubar Süleymanova, “İki sahil”