10 noyabr 2021 17:38
1211

Biomedicines: qara istiot COVID-19-un yayılmasını bloklaya bilər

Qara bibərin tərkibində olan piperin adlı maddə koronavirus infeksiyasının yayılmasının qarşısını almağa qadirdir. Müvafiq elmi araşdırmaların nəticələri “Biomedicines” jurnalında dərc olunub.

Tədqiqatın müəllifləri Rusiya Elmlər Akademiyasının Sitologiya İnstitutunun və Paster adına Sankt-Peterburq Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunun əməkdaşları olub. Onlar müəyyən ediblər ki, piperin bədən hüceyrələrinin səthində olan zülalları bloklaya bilir. Mütəxəssislər hesab edirlər ki, bu maddə əsasında dərmanların yaradılması effektiv ola bilər.

“Təcrübələr zamanı bitki alkaloidlərindən istifadə olunub. Məsələn, ən təsirli birləşmə - piperin - qara bibərin tərkibindədir, uzun müddətdir ki, elmə məlumdur və müxtəlif tibbi məqsədlər üçün bioaktiv əlavələrin bir hissəsi kimi istifadə olunur",-deyə tədqiqatçı Olqa Ostroumova bildirib.

Piperin bədənin membran hüceyrələrini bağlaya və koronavirus infeksiyasının bədənə daxil olmasının qarşısını ala bilər. Təcrübələr zamanı alimlər həmçinin COVID-19- yoluxdurulmuş meymun hüceyrələrində 20 digər alkaloidi sınaqdan keçiriblər.

Nubar Süleymanova, “İki sahil”