11 noyabr 2021 11:22
1044

Ölkəni tək başına idarə edir - FOTO

Dünyanın heç bir dövləti tanımasa da, özlərinə millət yaradan, öz bayraqları, dilləri olan bir çox  kiçik xalqlar mövcuddur. Demək olar ki, öz dövlətlərini təkbaşına quran bu adamlar heyrət doğurur. Onlardan  biri də Molossiyadır.

1962-ci ildə anadan olan Kevin Bo və dostu ABŞ-dan ayrı öz səlahiyyətlərini qurmaq istəyəndə gənc yaşlarında olublar. Baxdıqları bir filmdən ilham alan Kevin Bo öz arzusunu gerçəkləşdirib. O, 25 min kvadratmetr ərazidə “dövlət başçısı” kimi fəaliyyət göstərir. 1977-ci ildə ABŞ-ın Nevada ştatında satın aldığı bu yerdə öz ölkəsini qurub. O, burada rəhbərlik edir və bütün qərarları özü verir. Bura təxminən 44 ildir ki, müstəqil mikrodövlətdir.

Turistlərin bura gəlməsi üçün pasport lazımdır. Onlar gömrükdən keçib pasportlarını göstərməlidirlər. Mikrodövləti  gəzməyə gələnlər üçün turlar da təşkil olunur. Bu turlarda iştirak edən ziyarətçilər razı qaldıqlarını və buranı çox bəyəndiklərini də bildirirlər.

Buranın hətta  rəsmi dili, pasportu, dövlət himni, bankı, həbsxanası, bazarı və dəmir yolu da var. Hazırda 34 vətəndaşı olan Molossiyada vətəndaş olmaq üçün sizin tam zamanlı rezident statusunuz olmalıdır. Vətəndaşlıq ərizələri və qəbulları da “dövlət başçısı” Kevin Bo tərəfindən edilir. Lakin Molossiya hazırda vətəndaşlığı qəbul etmir.

Buranı görmək üçün dünyanın müxtəlif yerlərindən gəlirlər. Bo və ailəsi bu yerin həyatda qalmasını və insanları yaradıcı və azadlıqsevər olmağa ruhlandırmasını arzuladıqlarını deyirlər.

Vüsal Cahanov, “İki sahil”