Belçikanın Limburq bölgəsindəki Bokrijk gölündəki suüstü yolda insanlar ağacların arasında, göldə üzən qu quşları ilə göz səviyyəsində velosiped sürərək və ya gəzərək əylənirlər.
Belçikanın ən böyük göl bölgəsi olan De Vijersdə velosipedçilər üçün dünyanın heç bir yerində olmayan yol hazırlanıb. Körpü ziyarətçilərə 200 metrdən çox məsafəni gəzə və ya velosiped sürə biləcəkləri unikal mənzərə təqdim edir. 2016-cı ilin aprelində açılan yol bir çox velosipedçi və piyadaları özünə cəlb edə bilib. “Time” jurnalının "Görməli 100 Səyahət Yeri" siyahısına daxil edilən parkur ziyarətçiləri valeh edir. Su yolunun çəkilişi zamanı təbiətin bütövlüyünün pozulmamasına son dərəcə diqqət yetirilib.
Vüsal Cahanov, “İki sahil”