Belə görünür ki, elm adamları çoxdan insan orqanizmini 100% tədqiq ediblər, lakin insan orqanizminin işi ilə bağlı hələ də məlum olmayan bir çox sirr var. Orqanlarımız içərisində ən sirlisi qaraciyərdir. Qaraciyər ən böyük daxili orqandır və çoxlu sayda vacib funksiyaları yerinə yetirir.
Çoxfunksiyalı orqan
Bu orqan inanılmaz dərəcədə mürəkkəbdir. İnsan bədənindəki əksər funksiyalara cavabdehlik daşıyır. Bura enerjinin istehsalı və saxlanması, dərmanların emalı və s. daxildir. Bundan əlavə, qaraciyər insan immunitetinin fəaliyyətində mühüm rol oynayır.
Həkimlər üçün “baş ağrısı”
Qaraciyər xəstəlikləri həkimlər üçün əməlli-başlı baş ağrısıdır. Çünki diaqnozun düzgün qoyulması çox problemli məsələdir. Bir çox qaraciyər xəstəliklərində ilk mərhələlərdə heç bir simptom özünü göstərmir.
Ölçüsünə görə ikinci ən böyük orqan
İnsanın qaraciyəri təxminən 1200 qram olur. Çəkisinə görə onu çixuaxya cinsi olan kiçik itlərlə müqayisə etmək olar. Bu orqan döş qəfəsinin sağında yerləşir. Ona əl ilə toxunmaq mümkün olsa, necə elastik olduğunu görmək olar.
Qanlı orqan
İnsan orqanizmində olan qanın təxminən 10 %-i qaraciyərdə toplanır. Bir dəqiqə ərzində qaraciyərdən 1,5 litr qan süzülür.
İlk qaraciyər transplantasiyası
İlk qaraciyər transplantasiyası 1963-cü ildə həyata keçirilib. Əməliyyatı həkim Tomaz Starzl həyata keçirib. Əslində bu, böyük bir hadisə idi, lakin xəstəyə səhv immunosupressiv dərmanlar təyin edilməsi ilə kölgədə qaldı, buna görə də xəstə əməliyyatdan sonra cəmi bir neçə həftə yaşadı və dünyasını dəyişdi.
Qaraciyər özünü bərpa edə bilir
Bu orqan yüksək səviyyədə regenerasiyaya malikdir. Qaraciyərin ümumi həcminin 25% -i yerində qalarsa, onu tamamilə bərpa etmək olar. Əgər insan qaraciyərinin yarısını başqasına bağışlasa, o zaman bu orqan əvvəlki ölçüsünə qayıdacaq. Qaraciyərin əvvəlki vəziyyətinə qayıtması yalnız 2 həftə çəkir.
İnsan beyni qaraciyərdən asılıdır
Alimlər çoxdan müəyyən ediblər ki, qaraciyər plazmada qlükoza və ammonyak səviyyəsinin əsas tənzimləyicisidir. Maddələrin səviyyəsi nəzarətdən çıxdıqda, qaraciyər ensefalopatiyası kimi bir komplikasiya başlayır. Bənzər bu komplikasiya gələcəkdə komaya səbəb ola bilər. Beynin sabit işləməsi üçün qaraciyərinizə diqqət yetirmək çox vacibdir.
Qaraciyərin ölçüsü bədən çəkisindən asılıdır
Alimlər çoxdan müəyyən ediblər ki, bu orqanın ölçüsü insanın bədən çəkisindən asılıdır. Qaraciyərin normal işləməsi üçün 1 kq çəkiyə 1 qram qaraciyər uyğun olmalıdır.
Öd
Alimlər müəyyən ediblər ki, qaraciyər gündə təxminən 700-1000 ml öd istehsal edir. Öd kiçik kanallarda əmələ gəlir və sonra əsas öd axarına gedir. Oradan onikibarmaq bağırsağa və öd kisəsinə göndərilir. Öd insan orqanizmində yağların parçalanması və udulmasında məsul olan mühüm elementdir.
Nubar Süleymanova, “İki sahil”