12 noyabr 2021 15:23
2709

Günümüzdə  istifadə olunan ən qədim dillər - FOTO

Günümüzdə  ingilis dili əcnəbilərlə ünsiyyət üçün əsas dilə çevrilsə də, dünyada yüzlərlə dildə danışılır. Üstəlik, onların bəziləri qədim dövrlərə gedib çıxır.

“İki sahil” bu qədim dilləri oxucularına təqdim edir. 

İvrit dili

İvrit dili  dünyanın ən qədim dillərindən biri olmaqla e.ə. 5-ci əsrdən etibarən heç bir böyük dəyişiklik olmadan günümüzə qədər gəlib. İmmiqrasiya səbəbiylə İspaniyada ladino və Şərqi Avropada yidiş dillərinə də təsir edən bu dil yəhudilərin ana dilidir. İsrailin rəsmi dili olan ivrit dilində ABŞ, Avropa və Latın Amerikası da daxil olmaqla bir çox fərqli yerlərdə danışılır.

Bask dili

Avropada günümüzə qədər gələn ən qədim dillərdən biri olan bu dilin qitədəki digər dillərin heç biri ilə qohumluğu yoxdur. Bask dili İspaniya və Fransanın kəsişdiyi Bask bölgəsində daha çox danışılır.

Tamil dili

Tamil dili ən az 2000 illik keçmişi olan köhnə bir dravid dilidir. Əsasən Şri-Lanka, Hindistan və Sinqapurda danışılan tamil dilində bu gün 65 milyondan çox insan danışır. Bu dil Şri- Lanka və Sinqapurda rəsmi dildir.

Litva dili

Baltikyanı regionun ən böyük və cənub ölkəsi olan Litvanın əsas dili olan litva dili ən qədim dillərdən biridir. Hind-Avropa dillərindən biri olan bu dilin izləri min illər əvvələ gedib çıxır. Son tapıntılar qədim dilin beş min il əvvəl formalaşmağa başladığını göstərir.

İsland dili

Hind-Avropa dili ailəsinin german qoluna daxil olan island dili, 14-cü əsrdən bu yana demək olar ki, dəyişməyən bir dildir.  İsland dilinə ən yaxın olan dillər Farer adalarında yerli əhali tərəfindən danışılan farer dili və Norveçin qərbindəki sogonamal ləhçəsidir.

Makedon dili

Slavyan dilləri arasında makedon dili protoslavyan mənşəli dillərə ən yaxın olan dillərdən biridir. Şimali Makedoniya Respublikasının rəsmi dili olan makedon dili xüsusilə şərqi slavyanların istifadə etdiyi kiril əlifbasının ilk dəfə istifadə edildiyi dillərdən biridir.

Fin dili

Finlandiya və İsveçdə istifadə olunan fin dili Estoniya ilə əlaqəli bir dildir. Ural dilləri ailəsinin bir qolu olan bu dil əsrlər boyu bölgədə danışılır. Son tədqiqatlar ural-altay dilləri arasındakı fərqi aşkar etdiyi üçün fin dilinin eston dilindən başqa oxşar dilinin olmadığını göstərir.

Gürcü dili

Özünəməxsus əlifbası və mədəniyyəti ilə Gürcüstan bu baxımdan dünyanın ən diqqətçəkici yerlərindən biridir. Gürcü dili dünyanın ən qədim dillərindən biridir. Bu dil kartvel dilləri ailəsinə aiddir.

İrland dili

İrlandiya Respublikasının rəsmi dili, kelt mənşəli bir dildir. Əsrlər boyu Britaniyanın hökmranlığı altında olmasına baxmayaraq, irland dili bu günə qədər də yaşayıb.

Vüsal Cahanov, “İki sahil”