15 noyabr 2021 17:24
1335

Sərvət dəyərində hədiyyələr... FOTO

Rəcəb Tayyib Ərdoğana hədiyyə edilən təyyarə

Deyilənlərə görə, Qətər əmiri özünün 500 milyon dollarlıq təyyarələrindən birini Səudiyyə Ərəbistanı ilə münaqişədə verdiyi dəstəyə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana bağışlayıb.

Xatırladaq ki, 2017-ci ilin 5 iyununda Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik və iqtisadi münasibətləri kəsdiklərini elan etmişdilər. Onlar rəsmi Dohanı terrorçu təşkilatları dəstəkləməkdə, həmçinin Yaxın Şərqdə qeyri-sabitlik yaratmaqda ittiham etmişdilər. Bunun ardınca Qətərə qarşı iqtisadi sanksiyalar və nəqliyyat blokadası tətbiq edilmişdi. Həmin ölkələr öz hava məkanlarını Qətərin üzünə bağlamışdılar.

Adıçəkilən ölkələr Qətərə 13 bəndlik şərt də irəli sürmüşdülər. Sənəddə İranla diplomatik əlaqələri kəsmək, silahlı qruplaşmaların maliyyələşdirilməsini dayandırmaq, “Əl-Cəzirə” telekanalının fəaliyyətini dayandırmaq kimi tələblər yer almışdı. Rəsmi Doha irəli sürülən ittihamları rədd etmiş və tələblərə əməl etməyəcəyini bəyan etmişdi.

Həmin gərgin mərhələdə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan qətərli həmkarının köməyinə gələn azsaylı siyasilərdən olmuşdu. Bahalı hədiyyənin məhz bu dəstəyə əvəz olaraq verildiyi deyilir. Türkiyə hökuməti bu barədə çıxan xəbərlərə heç bir şərh vermir.

Elvis Preslinin anasına hədiyyə etdiyi “Cadillac”

Minlərlə qəlbi fəth edən məşhur və istedadlı müğənni Elvis Presli anasına çox bağlı bir övlad olub. Rok-n-rollun kralı Elvisin ən sevdiyi maşın növü “Cadillac” idi. Onun anasına olan ən möhtəşəm hədiyyəsi də məhz “Cadillac - Flitvud-60” olub. Bu “çəhrayı gözəl” uzun illər  insanların heç bir zaman çin olmayacağı bir arzuya çevrilmişdi. Yaddaşlara həkk olunan bu maşın dəyərli tarixi abidə kimi Memfisdə yerləşən “Elvisin evi” adını daşıyan muzeydə saxlanılır.

Mayk Taysonun həyat yoldaşı üçün aldığı qızıldan vanna

Məşhur boksçu Mayk Tayson bir neçə dəfə ailə həyatı qurub. Lakin onun ən  çox sevdiyi qadın Robin Givens olub.Onlar boşandıqdan sonra da ona qarşı olan hissləri heç dəyişməyib. Sevdiyi xanımı tez-tez ziyarət edərək, onunla boş vaxtlarını keçirən boksçu, xanımını sevindirmək üçün ona 2 milyon dəyəri olan qızıldan vanna hədiyyə edir. Lakin bu dəyərli hədiyyə belə onların münasibətlərini bərpa edə bilmir və tezliklə cütlük tamamilə ayrılır.

Elizabet Teylora hədiyyə olunan dəyərli nişan üzüyü

Ən bahalı nişan üzüyü Riçard Burtonun Elizabet Teylora hədiyyə etdiyi bu nadir zinət əşyasıdır. Həmin üzük 33,19 karatlıq  briliyyantlarla  bəzədilib. 8.800.000 dollar dəyərində olan üzük dünyanın ən bahalı 10 nişan üzüyünün arasında siyahıya daxildir. E. Teylorun üzüyü ölümündən sonra qapalı keçirilən auksionda  satılıb və asiyalı bir kolleksioner tərəfindən alınıb.

Nikol Kidmanın qeyri-adi üzüyü

Tanınmış aktrisa Nikol Kidman 2006-cı ildə müğənni Keith Urban ilə ailə həyatı qurur. Uzun illər ərzində ana olmaq istəyində olan aktrisa hamilə olduğunu bilən kimi, bütün film təkliflərini rədd edir və özünü analığa həsr edir. Bu körpə Urbanın da ilk övladı idi. Qızı Sandey Rouz dünyaya gələndə musiqiçi, Nikola brilliantlarla bəzədilmiş ağ, sarı və çəhrayı qızılla işlənmiş 73 min dollar dəyərində Cartier Trinity üzüyünü hədiyyə edir. Bu qeyri-adi üzüyün hər bir halqası bir məna kəsb edir: ağ qızıl dostluğu, sarı qızıl sadiqliyi, çəhrayı isə sevgini tərənnüm edir.

Mariah Carriyə yoldaşı tərəfindən alınan dəyərli boyunbağı

Milyonların sevgisini qazanan müğənni Mariah Carrie həyat yoldaşı olan milyonçu Nick Cannondan tez-tez bahalı hədiyyələr alır.Belə hədiyyələrdən biri, Mariah üçün alınan Rolls-Royce Phatomdur. Həmin  avtomobilin qiyməti 400 min dollardır.
2011-ci ilin aprel ayında müğənninin Morokkana və Monro adında əkiz övladı dünyaya gəlir. Həyat yoldaşı, musiqiçi Nick Cannon, yeni ana olmuş həyat yoldaşına sürpriz etmək  istəyirdi. O bilirdi ki, Mariah zinət əşyalarını çox sevir  və  onun çox orijinal və bahalı daş-qaşları çoxdur  deyə, həyat yoldaşına  xüsusi fantaziyası ilə seçilən bir zinyət əşyası hədiyyə edir.  Cannon çəhrayı və ağ brilliantlarla bəzədilmiş oğlunun və qızının adları həkk olunmuş boyunbağını sevdiyi qadına təqdim edir.Həmin boyunbağının qiyməti 1.5 milyon dollardır.

Kral XVI Lüdoviqın yoldaşına hədiyyə etdiyi samur xəzi

Fransa kralı XIV Lüdoviq öz həyat yoldaşına çox dəyərli samur xəzindən düzəldilən palto hədiyyə etmişdi. Bu paltonun qeyri-adiliyi sadəcə qiymətində deyildi. Palto 1.5 kilometr uzunluğu ilə təəccüblü baxışları özünə cəlb etmişdi. Bu paltonu geyinərkən, kraliça sarayın bağçasında ayaqyalın belə gəzə bilərdi.

Jay- Zi üçün alınan Bugatti veyron Grand Sport

Milyonların sevimlisi olan məşhur pop-star Beyons sevdiyi həyat yoldaşı reper Ja –Zi -yə sürpriz olsun deyə,  ona çox dəyərli Bugati Veyron Grand Sport avtomobilini hədiyyə edir. Həmin hədiyyənin qiyməti 2 milyon dollar idi. Lakin Jay-Zi də həyat yoldaşının göy rəngi sevdiyi üçün ona  kraliçalara layiq olan göy tanzanit qaşlı 35 min dollar dəyərində  üzük hədiyyə edir.

Pi Diddinin oğluna olan qeyri-adi hədiyyəsi

Qalmaqallı  reper Pi Diddi 5 uşağı olan xoşbəxt bir atadır. O, hər övladına kifayət qədər vaxt ayırır. Bu onda heç də pis alınmır. Lakin ən çox sevdiyi övladı böyük oğludur. Böyük oğlu 16 yaşlı Castinə 360 min dollarlıq sport Maybach hədiyyə edib və onun üçün Nyu-York klublarının birində böyük qonaqlıq təşkil etmiş, orada dünya şöhrətli hip-hop ulduzları çıxış etmişdi. Oğluna olan digər qeyri-adi  hədiyyəsi isə  10 min dollarlıq olub və onun oğlu həmin bu pulu  Haitidə zəlzələdən ziyan çəkmişlərin yardım fonduna yatırmışdır.

Kardi B-yə sevgilisindən hədiyyə olunan 4 milyonluq üzük

Bütün dünyada tanınan məşhur repçi Kardi B-yə ad günündə həyat yoldaşı bahalı hədiyyə alıb. Məşhur ifaçının özü kimi reper olan sevgilisi ona ad günündə 100 karatlıq almaz üzük hədiyyə edib. Bu dəyərli hədiyyənin qiyməti təxminən 4 milyon dollardır. Yaxtada ziyafət verən Kardi B-yə sevgilisi Offset boşqabın içində üzük verir. 4 milyon dollar dəyərindəki bu almaz ''titanik almaz''ı adlanır. Offset bu üzüyü 9 ay öncədən sifariş verdiyini bildirib.Qeyd etmək lazımdır ki,bir övladları olan cütlük bahalı həyat tərzi ilə tez-tez gündəmə gəlir.

Marc Anthonin Jennifer Lopezə hədiyyə etdiyi dəyərli sırğalar

Sevilən cütlük  Jennifer Lopez və mügənni Marc Anthony 2006-cı ildə ailə həyatı qururlar. Lakin təəssüflər olsun ki, 5 ildən sonra bu ailə dağılır. Ailəli olduqları dönəmdə  cütlüyün əkiz övladları-oğlu Maks və qızı Emmi dünyaya gəlir. Sevincinə hakim ola bilməyən Marc hədiyyə olaraq həyat yoldaşına  dəyəri 2,6 milyon dollar olan sırğaları bağışlayır. Deyilənlərə görə, boşanandan sonra Jennifer evlilik vaxtı alınan bütün ziynət əşyalarını satmışdı, hətta bu sırğaları da.

Beyonsun 350 min dollarlıq çantası

Tez-tez sevdiyi qadını sevindirən Jay –Zi Beyonsun ürəyini necə qazanacağını yaxşı bilir. Həyat yoldaşının nadir çantalardan ibarət  kolleksiyasını artırmaq üçün ona 350 min dollar dəyərində olan qırmızı əl çantasını hədiyyə edir. Onun sözlərinə görə, bir qadın üçün əsas olan pul deyil, sevdiyi kişinin münasibəti  və ona qarşı olan qayğısıdır.

Samirə Tağıyeva, “İki sahil”