15 noyabr 2021 17:35
2365

Qanın laxtalanmasına səbəb olan məhsullar

Hazırkı koronavirus pandemiyası dövründə qanın laxtalanması, qanda tromboz barədə çox eşidirik. Qanın laxtalanması Rusiyalı həkim Aleksandr Myasnikov qan laxtalanmasına səbəb ola biləcək bir vitaminin adını açıqlayıb. Bu vitamin hansı məhsullarda var və hansı dərmanlarla birgə istifadə etməmək daha yaxşıdır?

Həkim tərkibində K vitamini olan məhsullara ehtiyatla yanaşmağı tövsiyə edir:

Əslində bu vitaminin qana heç bir təsiri yoxdur, ancaq qanın K vitamini ilə tənzimlənən laxtalanma faktorları var. Bu vitamin daha çox yaşıl məhsullarda olur. Məsələn, insana qan durulaşdıran dərmanlar versək və eyni zamanda o, yaşıl lobya, brokoli, ispanaq yeyirsə, onda bütün bu qidalar sadəcə olaraq dərmanların təsirini neytrallaşdıra bilər”.

Əgər siz çox qatı qanı olan risk qrupu deyilsinizsə, tərkibində bu vitamin olan qidalardan qorxmamalısınız. "K vitamini öz-özünə tromboza səbəb olmur. Tromboz o şərtlərə görə yaranır ki, ona qarşı verilən dərmanlar K vitamin tərəfindən neytrallaşdırılır", - deyə Myasnikov bildirib.

Nubar Süleymanova, “İki sahil”