Qoz-fındıq gənc dərini qorumağa və görmə qabiliyyətini yaxşılaşdırmağa kömək edir.
“İki sahil” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu dietoloq və endokrinoloq Alena Barredo deyib.
Həkim tərkibində maqnezium olan püstənin faydalarını xüsusi qeyd edib. Bu element stressin öhdəsindən gəlməyə kömək edir və qan təzyiqini sabitləşdirir. Fındıq zülalla zəngindir, ona görə də mütəxəssislər arıqlayarkən ondan istifadə etməyi məsləhət görürlər.
Qoz-fındıq xolesterinin aşağı düşməsinə kömək edən çoxlu doymamış yağ turşuları ilə zəngindir, həmçinin A və E vitaminlərini ehtiva edir ki, bu da dərimizin cavan görünməsinə, immuniteti gücləndirməyə və görmə qabiliyyətini yaxşılaşdırmağa kömək edir”, - deyə həkim bildirib.
Bununla yanaşı, püstədən sui-istifadə etməməlisiniz, çünki o kifayət qədər böyük miqdarda yağ ehtiva edir. Püstə mədəaltı vəzi funksiyası pozulmuş xəstələrə əks-göstərişdir.
Nubar Süleymanova, “İki sahil”