16 noyabr 2021 08:08
973

Türkiyədə dördqulaqlı pişik sosial media fenomeni oldu

Türkiyədə Midas adlı dördqulaqlı pişik sosial media fenomeninə çevrilib.

Rus göyü cinsinə aid ev heyvanı hələ ki, dördaylıqdır. Lakin onun pərəstişkarlarının sayı artıq onminlərlə ölçülür.

Midasın sahibi evdə pişiklə yanaşı Syüzi və Zeyno adlı iki it də saxlayır. Pişiyin Labradorlarla yaxşı yola getdiyi bildirilir.

Oxu.Az