16 noyabr 2021 12:11
2072

Damı və divarı olmayan qeyri-adi OTEL/FOTO

İki nəfərlik çarpayı, və iki işıq lampasından başqa heç bir şeyin olmadığı oteldə qalmaq istərdinizmi?

İsveçrədə Alp dağlarında dünyanın ən qeyri-adi oteli yerləşir. Onun inşa hekayəsi və bir gecəlik qiyməti sizi təəccübləndirəcək. İsveçrədə 6463 metr yüksəklikdə yerləşən Null Stern otelinin nə divarları, nə tavanları, nə də qapıları var. Maraq doğuran otel qonaqlarına panorama və möhtəşəm mənzərə təqdim edir. Bu orijinal ideyanın sahiblərindən biri unikal dizaynı belə təsvir edir: "Biz bütün o darıxdırıcı divarlardan xilas olduq! Beləliklə, sizinlə bu gözəl mənzərənin arasına heç nə keçə bilməz."

Almanlar isə bu otel otağı adlandırıla biləcək dizayna “sıfır ulduz” adını veriblər. Halbuki gecələr burada qalan şanslı insanlar yatmazdan əvvəl minlərlə ulduzu seyr edirlər. Dünyanın hər yerindən səyahətçilər bu oteldə gecələmək üçün bura gəlirlər. Bu otel tikilmədən əvvəl əraziyə tikinti briqadası gətirilib və torpaq hamarlanıb. Beləliklə, çarpayı və digər əşyalar üçün düz və uyğun döşəmə əldə edilib. Maraqlı oteldə hamam təxminən beş dəqiqəlik məsafədədir. Null Stern də digər adi otellər kimi otaq xidməti göstərir. Otaqda şəxsi xidmətçi də var. Xidmətçi isə yaxınlıqdakı kabinədə yaşayır. O, oteldə qalan qonaqlar üçün səhər və axşam yeməyi hazırlayır. Təəssüf ki, otel pis hava şəraitində rezervasiyalar üçün bağlanır.

Otel Frank Rinklin və Patrik Riklin tərəfindən Daniel Carbonnier ilə əməkdaşlığı nəticəsində dizayn edilib və 2008-ci ildə inşasına başlanıb. Otelin bir gecəlik qiyməti təxminən 210 avrodur.

Vüsal Cahanov, “İki sahil”