Britaniyalı müğənni Adel Amerikanın CBS telekanalının aparıcısı Opra Uinfriyə verdiyi iki saatlıq müsahibə üçün 100 milyon dollar qonorar alacaq.
“İki sahil” xəbər verir ki, CBS prodüserlərinin xüsusi buraxılış üçün ödəməyə razılaşdıqları məbləğ maksimum 7 milyon dollardır. Veriliş zamanı müğənninin yeni hitləri nümayiş olunub. Adel şəxsi təcrübələrindən, artıq çəki ilə mübarizəsindən danışıb və şounun əsas bəzəyi yeni mahnılar olub. Müsahibə artıq yayımlanıb.