Tokioda yerləşən yüksək səviyyəli kurort “ Hoshinoya Tokyo” qeyri-adi bir yeniliyə imza atıb. Onlar restoranlarında nahar edən ziyarətçiləri üçün koronavirusdan qorunmaq üçün xüsusi "Tokio fənərləri" adlanan unikal şəffaf qapaqlardan istifadə etməyi təklif ediblər.
Qeyd edək ki, Tokionun Çiyoda metropoliten bölgəsində yerləşən “Hoshinoya Tokyo Resort” da, artıq 2021-ci ilin oktyabrının 13-dən insanlar şəffaf qapaqlardan istifadə etməyə başlayıblar. Bu xəbər otelin “ İnstagram” səhifəsində yayımlandıqdan sonra təxminən 7600-dən çox bəyənmə toplayıb. Oktyabrın 21-dən 30.000 yen ödəyən otelin müştəriləri yaxınlarını dəvət edərək "Tokio fənərləri”nin fantastik mənzərəsindən həzz ala bilərlər. Dəqiq desək, bu xidmət gündə yalnız bir qrup insanlar üçün keçərlidir. Həmin qeyri-adi qapaqlar məşhur Kyoto fənər istehsalçısı Kojima Shoten tərəfindən hazırlanır. Onların hündürlüyü 102 santimetr, diametri isə 75 santimetrdir.
İnsanların özlərini rahat hiss etməsi və havanın içəri keçməsi üçün qapaqların arxasında xüsusi dəliklər mövcuddur.
Qeyd edək ki, bu qapaqlar altında insanlar bir-birlərini asanlıqla eşidə bilirlər.
Samirə Tağıyeva, “İki sahil”