18 noyabr 2021 12:45
1624

Rəngini dəyişən maraqlı MAĞARA/FOTO

Gürcüstandakı Prometey mağarası maraqlı quruluşu ilə ölkənin ən maraqlı turistik yerləri sırasındadır. Mağaranın içi isə turistləri tam anlamı ilə valeh edir.

Gürcüstanın ən böyük mağarası olan bu mağara bizə çox da uzaq olmayan tarixdə 1984-cü ildə kəşf edilib. Çox böyük yeraltı göllərin və çayların olduğu mağarada daim dəyişən Led işıqları var və klassik musiqi səslənir. Mağaranın içərisində daim 14 dərəcə selsi (57F) temperatur olur. Yəni yay və ya qış olmasının heç bir fərqi yoxdur, istilik daimidir. Bu da turistlərə bütün il boyu mağaranı ziyarət etməyə və orada istədikləri qədər vaxt keçirməyə imkan verir.

Mağaranın digər adı Kumistavidir. Çünki mağaranın yerləşdiyi kəndin adı belədir. Ölkənin Qərbində İmereti bölgəsində, Kutaisi şəhər mərkəzindən təxminən 40 kilometr uzaqlıqda yerləşir.

Mağaranın əfsanəsi isə budur ki, gürcülərin Amirani adlandırdıqları od püskürən yunan tanrısı Prometey Xvamlı dağına zəncirləndikdə Prometey mağarasından görünüb. Mağarada paleanteoloji dövrə aid tapıntılar və tarixdən əvvəlki həyat izləri də var. Mağara maraqlı və təsiredici quruluşu ilə səyahətçilərin də diqqət mərkəzinə çevrilib.

Vüsal Cahanov, “İki sahil”