KÖŞƏ

Vəli İlyasov

Ermənistanın “sekuriti” katibi gör kimə hədə-qorxu gəlir?

19 noyabr 2021 01:56
1299

Ona-buna yaltaqlanmaq, yarınmaq, qulluğunda qul kimi durmaq və sonra dilənçi payı istəmək ermənilərə ata-babalarından qalma mirasdır. Deyir, “İt itliyini tərgidər, amma sümsünməyini tərgitməz.” Bu fikir sanki ermənilərin boyuna biçilib. Yenə qalıblar Moskvanın qapılarında. Ermənistan hakimiyyəti guya strateji tərəfdaş kimi Rusiyadan Azərbaycanla sərhəddə yaranan situasiya ilə bağlı yardım istəyir. Moskvada MDB Təhlükəsizlik Şurası katiblərinin görüşündə iştirak edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mediaya açıqlamasında bildirib ki, Ermənistan 1997-ci il sazişi çərçivəsində, yəni, Ermənistanın ərazi bütövlüyünün qorunması ilə bağlı Rusiyaya yazılı müraciətə hazırlaşır. “Biz problemin diplomatik yolla həllinin tərəfdarıyıq. Ancaq diplomatiya yardım etməsə, onda problemi hərbi yolla həll etmək lazım gələcək”. Bu “sekuriti” katibi hələ anlamır ki, keçən il hərbi yolla darmadağın edilən Ermənistan ordusunda Azərbaycan Ordusunun qənşərinə çıxmağa taqət qalmayıb. O, bu darmadağını ermənicə başa düşdüyünü büruzə verərək  guya diplomatik manevr edib. Keçən il Rusiyanın vasitəçiliyi ilə döyüşlərin dayandırıldığı üçün bu il Kremlə təşəkkür edən Armen Qriqoryan utanmazcasına problemin hələ həll olunmadığını, guya Azərbaycan Ordusunun hazırda Ermənistan ərazisində dayandığını iddia edib. Sarsaq dığa özünü elə aparır ki, sanki qalib bunlardır. Elə bil ki,  bir il əvvəl Azərbaycan Ordusunun bunların mitilinə çırpdığı ermənilər deyillər. Belə işlərdə mahir olan Armen Rusiyanı şantaj etməyi də unutmayıb.  Belə ki, o, bundan əvvəl mediaya açıqlamasını bir daha təkrarlayıb və bildirib ki, KTMT və Rusiyanın yardım etməyəcəyi təqdirdə Ermənistan digər variantları nəzərdən keçirəcək.

Qriqoryanın “digər variantlar” dedikdə Qərb ölkələrini, xüsusilə Fransanı nəzərdə tutduğu, Rusiya hərbi bazalarının Ermənistandan çıxarılması məsələsinin gündəmə gələcəyinə işarə etdiyi barədə ehtimallar da səsləndirilir.

Qeyd edək ki, bəzi politoloqlar əslində sərhəd təxribatlarında da Paşinyanın hədəfinin həmin hərbi bazaların olduğunu bildirirlər. Ermənistan başbilənləri belə düşünürlər: İşdi-şayətdi,  Rusiya onların xeyirinə müdaxilə edərsə, onda “cüzi də olsa üstünlüklə daxili auditoriyada qəhrəman adını alaraq” kürsülərini möhkəmləndirəcəklər, əks halda isə Rusiyaya qarşı mənfi ictimai rəyi gücləndirərək, açıq qərbyönlü siyasət yürüdəcəklər. Bir ağacda oturub min budaq silkələyən bambılı Paşinyan indi siyasətdə meymunluq edərək bir ağacdan o biri ağaca hoppanır. Qərbin hesabına 1 nömrə olan Nikol Paşinyan hakimiyyətdə artıq dördüncü ildir və bu illər ərzində bütün vasitələrlə Rusiyanın Ermənistana etibarsızlığını sübut edib. O, indi də bu işlə məşğul olsa da, ancaq bəyənmədiyi Rusiyadan kömək dilənməkdən də çəkinmir. Üzə-astara bax ha! Təbii ki, Nikol layiq olmadığı ən yüksək vəzifədə Sorosun pulları hesabına dörd ildir ki, kürsüyə “mismarlanıb” bütün təzyiqlərə davam gətirir. Ağası  Sorosun tapşırıqlarını icra etmək isə onun borcu və öhdəliyidir. Bu tapşırığın birincisi isə Rusiya ilə “talağı geri oxutmaq”, yəni onun tərgini verməkdir. Ancaq heç şübhə olmasın ki, köhnə ağasına-Rusiyaya bu gün xəyanət edən qulbeçələr sabah Corc dayılarına da xəyanət edəcəklər. Əgər etməsələr, onda erməni olmazlar ki!