Britaniyada demensiya ən çox ölümlə nəticələnən xəstəliklərdən biridir.
Dünya miqyasında 60 yaşdan yuxarı olan insanların 8 faizinin bu xəstəliyin təsirinə məruz qaldıqları təxmin olunur.
Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. Britaniyada demensiya ən çox ölümlə nəticələnən xəstəliklərdən biridir.
Dünya miqyasında 60 yaşdan yuxarı olan insanların 8 faizinin bu xəstəliyin təsirinə məruz qaldıqları təxmin olunur.
Aparılan araşdırmalar göstərib ki, kolbasa, kabab və burger kimi qidalar orta və daha yuxarı yaşlarda olan insanların beyin sağlamlığına zərərlidir, işlənməmiş qırmızı ət isə əksinə, demensiyaya qarşı qoruyucu təsirə malikdir.
Qeyd edək ki, Britaniyada xəstəliklərin inkişafını izləmək məqsədilə 2006-cı ildə "Biobank" adlı bir layihəyə start verilib. Bu layihədə 40-69 yaş arasında olan yarım milyon könüllünün sağlamlıq durumunun 30 il ərzində izlənilməsi nəzərdə tutulub. Həmin araşdırmaların məlumat bazası Leeds Universitetində tədqiqatçılar tərəfindən təhlil edilib.
Səkkiz il davam edən müşahidələr nəticəsində 2 min 896 adama demensiya diaqnozu qoyulub.
Nəticələri” American Journal of Clinical Nutrition” jurnalında dərc olunmuş araşdırma, emal olunmuş ətin demensiya ilə əlaqəsinə dair ilk hərtərəfli keçirilmiş tədqiqat hesab olunur.
Araşdırmada göstərilib ki, gündə 25 qram emal olunmuş ət yeyilməsi insanda demensiya riskini 44 faiz artıra bilər, 50 qram emal olunmamış ətin isə demensiya riskini 19 faiz azaltdığı müəyyən edilib.
Leeds Universitetində aparılan araşdırmalara rəhbərlik edən doktor Huifeng Zhang, demensiyanın son zamanlar çox yayıldığını qeyd edərək qidalanmanın bu xəstəliyə təsir edə bilən faktorlardan biri olduğunu vurğulayıb.
Samirə Tağıyeva, “İki sahil”