Koronavirusa qarşı ən təsirli immunitet əvvəlcə xəstələnən, sonra isə peyvənd olunan insanlarda yaranır. Hibrid immunitet metodu barədə “RİA Novosti” xəbər verib.
2021-ci ilin yazında mütəxəssislər xəstəliyi keçirən və altı ay sonra peyvəndin bir dozası ilə peyvənd edilmiş insanlarda hər iki komponenti qəbul edənlərə nisbətən daha çox anticisim olduğuna diqqət çəkdilər. Bu cür məlumatları bir anda bir neçə tədqiqatın nəticələri təsdiqlədi.
Mütəxəssislər bildiriblər ki, anticisimlərin aktivliyi lazım olmayandan sonra yox olur. Lakin onlar xüsusi B hüceyrələrinin yaddaşında qalır, yenidən yoluxma zamanı yeni antigenlərin istehsalına başlayırlar.
Hüceyrələrin qorunması işi ilə isə “T-killerlər” məşğul olur. Onlar virusun təsir etdiyi toxumaları aradan qaldırırlar. Öz növbəsində, T-köməkçiləri immun hüceyrələrin istehsalında iştirak edirlər.
Xəstə əvvəlcə xəstələnərək immunitet qazandığı və sonra peyvənd edildiyi təqdirdə bədənin hibrid reaksiyası formalaşır. Bədənə yeridilən dərman anticisim istehsal etməyə başlayan B hüceyrələrini aktivləşdirir. Bu yolla virusa qarşı daha güclü hibrid immunitet əldə etmək olur.
Nubar Süleymanova, “İki sahil”