19 noyabr 2021 23:41
529

10 milyon dollar mükafat

ABŞ 2020-ci ildə ölkədə keçirilən prezident seçkilərinin nəticələrinə təsir etməyə çalışan iranlı hakerlər barədə məlumata görə mükafat elan edib.

“İki sahil” xəbər verir ki, Dövlət Departamentindən yayılan məlumata görə, hakerlər Seyid Hüseyn Kazımi və Səhhəd Kaşianinin İran hökumətinə xidmət etdikləri bildirilib.

Qeyd olunub ki, kibercinayətkarlar barədə dəyərli məlumat verənləri 10 milyon dollar mükafat gözləyir.