23 noyabr 2021 11:50
1231

Kimlər üçün COVID-19 təhlükəli deyil?

Bəzi insanlar COVID-19-a qeyri-adi dərəcədə davamlıdırlar və hətta infeksiyalı insanlarla birlikdə belə yoluxmurlar. Alimlər bunun güclü hüceyrə immuniteti və ya virusa anadangəlmə müqavimətlə əlaqədar olduğunu düşünürlər. Bu barədə indiyədək məlum olanlarla bağlı“RİA Novosti”nin materialına istinadən demək olar ki, patogen orqanizmə daxil olduqda, vəzifəsi yoluxmuş hüceyrələri tanımaq və məhv etmək, həmçinin anticisim istehsal edən B-hüceyrələrinə xarici antigenlər haqqında məlumat ötürmək olan T-limfositlər tərəfindən qarşılanır. Bəzən hüceyrə tərəfindən bu ilkin immun cavabı o qədər güclü olur ki, anticisimlər kifayət etmir, T-limfositlər özləri virusu tez məhv edirlər.

Bəzən isə şəxsdə klinik simptomlar özünü büruzə vermir, anticisimlər əmələ gəlmir, PCR testləri mənfi olur, lakin buna baxmayaraq bədən infeksiyadan qorunma əldə edir. Fakt budur ki, T-limfositlər arasında patogeni xatırlayan xüsusi T-hüceyrələri var. Belə immunitetin nə qədər davamlı və uzunmüddətli olduğu tam aydın deyil.

 COVID-19 pandemiyasının ilk dalğasında elm adamları dörd ay Londondakı Müqəddəs Bartolomey Xəstəxanasının qırmızı zonasında tibb işçilərini izləyib, onlardan qan analizləri götürüb və PCR testləri keçiriblər. Onların çoxu xəstələnib, lakin 58 nəfərin infeksiyaya yoluxma riskinin yüksək olmasına baxmayaraq, onların heç bir əlaməti, qanında anticisim və ya virus RNT-si yox idi. Buna baxmayaraq, T-hüceyrə reaksiyası çox güclü özünü göstərib.

Hüceyrə immuniteti üçün peyvəndlər

Əgər belədirsə, onda gələcəkdə tədqiqatçılar hesab edirlər ki, əksər müasir dərmanlar kimi, SARS-CoV-2 sünbül zülalını deyil, RTC kompleksini hədəfə alan universal pankoronavirus peyvəndi yaratmaq mümkündür. Koronaviruslardakı sünbül zülalları çox fərqlidir və güclü mutasiyaya uğrayır, onların replikasiya-transkripsiya kompleksləri oxşardır və dəyişmir. Belə bir peyvənd təkcə SARS-CoV-2 və onun variantlarına qarşı deyil, həm də digər koronaviruslara, o cümlədən hələlik məlum olmayanlara qarşı da qoruyacaq.

Genetik immunitet mövcuddurmu?

 Beynəlxalq Genetiklər Konsorsiumu koronavirusa genetik müqaviməti olan insanları tapmaq üçün qlobal layihəyə başlayıb. Bu barədə “Nature Immunology” jurnalında dərc olunan məqalədə deyilir. Məqsəd heç bir peyvənd və ya anticisim olmadan qoruyan genetik korreksiya metodu yaratmaqdır.

Konsorsium üzvləri COVID-19-a yoluxmayanların xüsusi gen dəstinə malik olduğunu iddia edirlər. QİÇS xəstəliyində olduğu kimi, bəşəriyyətin yüzdə birində HİV-in ağ qan hüceyrələrinin səthinə bağlanmasının qarşısını alan CCR5 genetik mutasiyası var. Onlar bu mutasiyanı təqlid edən antiretrovirus dərmanlar hazırlayıblar və rezistent genlərin surətləri ilə donorlardan sümük iliyi transplantasiyasından sonra iki nəfər HİV-dən xilas olub.

Mütəxəssislər insan genomunda COVID-19-a qarşı da potensial olaraq müqaviməti idarə edə biləcək bir neçə hissə müəyyən ediblər.

Bunu yoxlamaq üçün alimlər mütləq şəkildə uzun müddət xəstələrlə təmasda olan, lakin özləri yoluxmayan insanları tapmaq istəyirlər.

Artıq beş yüzə yaxın təcrübədə iştirak edəcək insan toplanıb. Tam araşdırmadan sonra onların genomları və yoluxmuş, potensial "müqavimət genləri" ilə müqayisələr hüceyrə və heyvan modellərində sınaqdan keçiriləcək.

Tarixən yoluxucu xəstəliklərin müalicəsi həmişə ilk növbədə patogenə yönəlmişdir. Çox güman ki, yaxın gələcəkdə vəziyyət dəyişəcək və insanlar gen mühəndisliyi vasitəsilə immunitet əldə edə biləcəklər.

Nubar Süleymanova, “İki sahil”