İnsan orqanizmində D vitamini çatışmazlığı arıqlamağı çətinləşdirə bilər. “Cümhuriyət” qəzetinə müsahibəsində qidalanma mütəxəssisi Aysun İpək bu vitaminin çatışmazlığının səbəblərini də açıqlayıb.

Ekspertin sözlərinə görə, soyuq mövsümdə insanların çoxu qapalı yerlərdə olurlar. İnsan orqanizminin ən az aktiv olduğu dövrlər maddələr mübadiləsinə təsir göstərir. Bu proses digər amillərlə yanaşı, D vitamini çatışmazlığı səbəbindən ləng gedir. Buna görə də mütəxəssis piylənmə ilə mübarizə aparmaq üçün qanda D vitamininin tərkibinə nəzarət etməyin vacib olduğunu bildirib.
"D vitamininin çatışmazlığının səbəbləri günəş şüalarının altında olmamaq, bu vitaminin qida ilə kifayət qədər qəbul edilməməsi, onun sorulmasına təsir edən xəstəliklər, bəzi dərmanlar, qaraciyər və böyrək xəstəlikləri, maddələr mübadiləsinin pozulmasıdır", - deyə dietoloq bildirib.
O, əlavə edib ki, arıqlamaq üçün pəhrizdə yağdan tamamilə imtina etmək olmaz. Yağ birləşmələri fiziki fəaliyyətə və bədən performansına uyğun gələn miqdarda istehlak edilməlidir. Mütəxəssisin fikrincə, D vitamini bədənə günəşdən əlavə yağlı balıq, süd, yağ və yumurta sarısı ilə birlikdə daxil olur.
“Ancaq bu qidaları çox miqdarda rasionunuza daxil etsəniz belə, D vitamini səviyyəniz normala çatmaya bilər. Bunun üçün günəş işığı lazımdır. Əgər günəşdən yararlana bilmirsinizsə, qida əlavələrindən istifadə edin”, -deyə Aysun İpək izah edib.
Əlavə dozalarda tablet və ya kapsul şəklində vitamin qəbuluna mütləq mütəxəssis nəzarət etməlidir. Əvvəlcə müvafiq qan testləri aparmaq da vacibdir. Aysun İpək D vitaminin çəki itkisinə müsbət təsirini də vurğulayıb və bildirib ki, onun çatışmazlığı bir sıra yağ kütləsinə kömək edir. Dietoloq belə qənaətə gəlib ki, insan təkcə orqanizmdə olan qida maddələrinə güvənməli deyil, həm də rejimə riayət etmək və təmiz havada olmaq lazımdır.
Nubar Süleymanova, “İki sahil”