KÖŞƏ

Vəli İlyasov

Bir dığanın manifesti

24 noyabr 2021 01:59
1117

Və ya görün kafir erməni nə deyir?

Ermənilərin soysuz-köksüz olduqlarını təkcə biz yox, dünyanın bir çox görkəmli şəxsiyyətləri də yüz illər əvvəl dəfələrlə deyiblər. Onlar ermənilər haqqında elə epitetlər söyləyiblər ki, burada yazmaq ayıb olar. Nəhayət, iş elə gətirib ki, bəzi ermənilər özləri də bunları etiraf edir, əsil-nəsəblərinin olmadığını təsdiqləyir,  özlərini XIX əsrin milləti sayırlar və çox da doğru edirlər. Belələrindən ixtisasca hüquqşünas olan biri “açıb sandığı, töküb pambığı.” Onun yazdığı sətirləri oxuduqca düşünürsən ki, qanı kütləvi surətdə zəhərlənmiş bir toplumun içərisində belə sağlam əqidəyə malik erməni necə yetişib: “Biz keçmişdə ilişib qalmış xalqıq. Keçmişdən qopmağı bacarmırıq. XX əsrin dəyərlərini mənimsəməyə, XXI əsrə qədəm qoymağa gücümüz çatmır. Ən yaxşı halda biz hələ də XIX əsrdə yaşayırıq. Bütün dəyərlərimizlə, dünyagörüşümüzlə, gündəlik problemlərimizlə, arzularımızla keçmişə bağlıyıq. Biz orada, keçmişdə hələ də dünənin problemlərini həll edirik: hələ də Sultan Əbdülhəmidlə vuruşuruq, hələ də o dövrün mahnılarını oxuyuruq, o dövrün fikirlərini, düşüncələrini bölüşürük.”

Bu fikirləri  erməni hüquq müdafiəçisi Vardan Arutyunyan irəli söyləyib. Yenə də düşündürücüdür ki, adam vəhşi toplumun arasında bu cür publik fikirlər irəli sürməyə necə cəsarət edib?

Qeyd edək ki, sözügedən yazını Azərbaycanın sabiq xarici işlər naziri Vilayət Quliyev “Erməniliyin avtoportreti” adı ilə tərcümə edərək özünün “Facebook” səhifəsində paylaşıb. Dərhal da minlərlə oxucunun diqqətini cəlb edib. Çünki erməni cəmiyyətində belə “nadir nüsxə” tapmaq müşkül məsələdir. Maraqlıdır, görün ardınca erməni daha nələr deyir: “Bizim üçün vətənpərvərlik zirvəsi hələ də Çauş, Dro, Andronik, Njde, Hamazasp, Sose və Serobdur. Onların öz dövrü üçün səciyyəvi vətənpərvərliyində isə quldurluq-sosializm-terrorçuluq -millətçilik bir-birinə qarışmışdı.

Biz həmin dövrdən qalma nifrət və iddialarımızı bu gün - XXI əsrdə qonşularımıza yönəldirik. Bizim vətənpərvərliyimiz və türk düşmənçiliyimiz biri-birini tamamlayır. Genosid hələ də vizit kartımız olaraq qalır.

Biz müharibədə məğlub olandan sonra kiçik və ötəri qələbələrimizi göylərə qaldırırıq. Biz müharibə ilə döyüşü fərqləndirə bilmirik. Bu kiçik döyüşlərə son və qəti qələbəyə layiq abidələr qoyur, muzeylər açırıq. Kiçik döyüşlərdəki uğurumuzu əsl qələbə sevincini yaşayanların gözü qarşısında təntənə ilə qeyd edirik. Başa düşmürük ki, onların qarşısında gülünc görünürük və gələcək məğlubiyyətlərdən sığortalanmırıq. Biz çoxəsrlik tariximizlə öyünürük, amma uzun tariximiz boyu deyəsən kilsədən başqa heç nə tikməmişik. Ən qədim şəhərimizin yaşı heç 200 ilə də çatmır”.

Vallah, erməni olsa da hamısını doğru deyir. İki yüz əvvələ qədər bunların nə dövləti, nə tarixi, nə mədəniyyəti, nə musiqisi, nə ədəbiyyatı, nə də mətbəxi olub, Hələ arxitekturasını, diplomatiyasını, rəssamlığını və başqa sahələri demirəm.  Ancaq bu fikirləri oxuyandan sonra adamı heyrət bürüyür. Heç  belə də ağıllı erməni olar? Qətiyyətlə deyərdim ki, bu kişidə ermənilikdən əsər-əlamət belə yoxdur. Əsl erməni yalan danışar, şər- böhtan deyər, qonşunun bostanına raket atar, Yer kürəsində iki-üç dənizi, nəhəng bir dövləti olduğunu iddia edər, özü də abırsız və həyasızcasına. Ancaq görünür ki, bu kişinin abır-həyası hələ üzündədir. Əsl həqiqətləri də olduğu kimi, bittə-bittə zərgər dəqiqliyi ilə deyir. Şübhəli bir məsələ qalır. Bəlkə bunun anası erməni deyil, çünki erməni balaları ana tərəfə çəkən olur. Analarına çəkən ermənidən isə  pis hər şey gözləyə bilərsən. Əşi, özümüzü çox yormayaq, axır, hər kimdirsə yaxşı sənətkardır. Donqarburun, şantajçı, hiyləgər, tamahkar, xəyanətkar, hoqqabaz, bədəməl erməninin avtoportretini rəssam dəqiqliyi ilə çəkib.